Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib Maliyyə xəbərləri 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat” qəbul edilib. Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə və Mərkəzi Bankın “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının daxili nəzarət və risklərin effektiv idarə edilməsi sistemlərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq imtahanların təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Sənəddə həmçinin sertifikatlaşdırmadan keçmiş rəhbər şəxslərin davamlı peşəkar inkişaf fəaliyyətlərində müntəzəm olaraq cəlb edilməsi qaydaları da əks olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni çərçivəyə əsasən, peşəkar sertifikatlaşdırma prosesi “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nın tərkib hissəsi kimi tətbiq ediləcək. Sertifikasiya vəzifə qruplarından asılı olaraq imtahan modullarından ibarət olacaq. İlkin mərhələdə sertifikatlaşdırmaya ikinci müdafiə xəttinə aid risklərin idarə edilməsi funksiyasını icra edən əməkdaşlar cəlb ediləcəkdir. Sertifikasiya çərçivəsində müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün imtahan modulları üzrə azadolma imkanları nəzərdə tutulub. İlk imtahanların cari ilin sonuna kimi başlanılması planlaşdırılır. İmtahanda iştirak ödənişsizdir və verilən sertifikatların müddətsiz olması nəzərdə tutulur. Bu təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin artırılmasına, insan amili ilə bağlı risklərin azaldılmasına və ümumilikdə maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir. Təlimatı nəzərdən keçirmək üçün link: https://uploads.cbar.az/assets/0b7630782dd7a371a9cf4908b.pdf Son xəbərlər Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026 İnvestisiya “DeepSeek”in dəyəri xarici investisiyalar üzrə danışıqlar fonunda 52–59 mlrd. dollara yüksəlib 03/06/2026 Digər xəbərlər Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026 İnvestisiya “DeepSeek”in dəyəri xarici investisiyalar üzrə danışıqlar fonunda 52–59 mlrd. dollara yüksəlib 03/06/2026