“DeepSeek”in dəyəri xarici investisiyalar üzrə danışıqlar fonunda 52–59 mlrd. dollara yüksəlib İnvestisiyaTexnologiya xəbərləri 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Çinin süni intellekt şirkəti “DeepSeek” ilk xarici investisiyaların cəlb edilməsi çərçivəsində təxminən 50 milyard yuan (7,4 milyard dollar) toplamağı planlaşdırır. Bu barədə məsələdən xəbərdar mənbələrə istinadən “Reuters” məlumat yayıb. Mənbələrin sözlərinə görə, şirkətin qurucusu Liang Venfen raunda təxminən 20 milyard yuan yatırmağı planlaşdırır. Daha 10 milyard yuanı “Tencent”, 5 milyard yuanı isə elektromobillər üçün batareya istehsalçısı CATL yatıracaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, “DeepSeek”in Çin Milli Süni İntellekt Fondu, oyun tərtibatçısı “NetEase” və marketpleys operatoru “JD.com” ilə danışıqların son mərhələsində olduğu bildirilir. “Reuters”in məlumatına görə, investorların ümumi sayı on nəfərdən az olacaq. Mənbələrin sözlərinə əsasən, investisiyalardan sonra şirkətin dəyəri 350–400 milyard yuan (52–59 milyard dollar) səviyyəsində qiymətləndirilə bilər. 2026-cı ilin aprelində “The Information” yazırdı ki, “DeepSeek” ən azı 300 milyon dollar investisiya cəlb etməyi və 10 milyard dollar dəyərində qiymətləndirilməyi müzakirə edir. Daha sonra şirkətin dəyəri 20 milyard dollara yüksəlib. Ardınca isə “Financial Times” 45 milyard dollarlıq qiymətləndirmədən bəhs edib. “Bloomberg”in məlumatına görə, “DeepSeek” Çinin “Zhejiang High-Flyer Asset Management” hedc-fonduna məxsusdur. Liang Venfen bu layihəni 2023-cü ildə istifadəyə verib. “Reuters” qeyd edir ki, bu model indiyədək startapa xarici kapital cəlb etmədən fəaliyyət göstərməyə imkan verib. Lakin süni intellekt şirkətləri getdikcə daha mürəkkəb tapşırıqları yerinə yetirən agentlər hazırladıqları üçün daha böyük hesablama gücünə ehtiyac yaranır. Mənbələr bildiriblər ki, “DeepSeek” bir neçə həftə ərzində investisiya raundunu başa vura bilər. Bununla belə, maliyyə şərtləri və investorların yekun siyahısı hələ dəyişə bilər. Startap 2024-cü ilin noyabrında məntiq yürütmə (reasoning) qabiliyyətinə malik R1 modelinin ilkin versiyasını, 2025-ci ilin yanvarında isə tam versiyasını təqdim etdikdən sonra Silikon Vadisində böyük diqqət çəkib. 2026-cı ilin aprelində “DeepSeek” 1,6 trilyon parametrə malik V4-Pro və 248 milyard parametrə malik V4-Flash modellərini təqdim edib. TaglarDeepSeek Son xəbərlər Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026