Tramp neft qiymətlərinin artımının dayanacağını gözləyir Neft və Qaz 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ prezidenti Donald Tramp dünya bazarlarında neft qiymətlərinin artımının dayanacağına əmin olduğunu bildirib. “Biz benzinin ucuz olmasını istəyirik. Mən buna nail olmuşdum. Qiyməti bir qallon (3,785 litr) üçün 1,85 dollara qədər endirmişdim. Bu, məhz İranla müharibə başlamazdan əvvəl idi”, — deyə Tramp “The New York Post” qəzetinə müsahibəsində deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ABŞ liderinin fikrincə, İranla münaqişə başa çatdıqdan sonra neft qiymətləri müharibədən əvvəlki səviyyəyə qayıdacaq. “Yeri gəlmişkən, qiymətlər artıq xeyli aşağı düşüb. Bir neçə gün əvvəl bir barel üçün 98 dollar olduğunu gördüm. Hamı deyirdi ki, qiymət 300–400 dollara qalxacaq. Amma hazırda 98 dollardır. Onların (İranın) nüvə silahı əldə etməsi ehtimalını nəzərə alsaq, bu elə də yüksək qiymət deyil”, — Tramp əlavə edib. Bu arada, 2026-cı ilin avqust ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti çərşənbə günü ICE birjasında mayın 28-dən bəri ilk dəfə olaraq bir barel üçün 98 dollar həddini keçib. Eyni zamanda, iyul ayı üzrə WTI (West Texas Intermediate — Qərbi Texas aralıq nefti) markalı neft fyuçerslərinin qiyməti 2,25% artaraq bir barel üçün 95,87 dollara yüksəlib. TaglarDonald Trampneft Son xəbərlər Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Bank xəbərləri Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir 03/06/2026 Yerli biznes xəbərləri “Mpay” şirkətinə əlavə 5.4 milyon manat maya qoyulub 03/06/2026