HSBC analitikləri dolların zəifləyəcəyini gözləyirlər Valyuta 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “HSBC Asset Management” analitikləri ABŞ dollarının məzənnəsinin zəifləyəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, əlverişli makroiqtisadi göstəricilərə baxmayaraq dolların məhdud şəkildə möhkəmlənməsi enerji böhranları və geosiyasi qeyri-sabitlik səngidikdən sonra uzunmüddətli eniş trendinin başlaya biləcəyinə işarə edir. 863 milyard dollar həcmində aktivləri idarə edən fondun nümayəndələri qeyd edirlər ki, dolların bu ilki möhkəmlənməsi kifayət qədər zəif olub. Şirkətin baş strateqi Joe Littl bildirib ki, güclü daxili iqtisadi göstəricilərə və geosiyasi gərginliyin artmasına baxmayaraq dolların əhəmiyyətli yüksəliş göstərə bilməməsi onun yüksək qiymətləndirilmə səbəbindən həssas vəziyyətdə olduğunu göstərə bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Əvvəllər belə şərait dollar üçün daha güclü yüksəliş trendi yaradırdı. Deməli, nəsə dəyişib”, — deyə Littl müsahibəsində bildirib. “Bu səbəbdən hesab etmirəm ki, indiki vəziyyət ötən ildən ciddi şəkildə fərqlənir. Həmin dövrdə dollar ümumi tendensiyaya uyğun olaraq zəifləyirdi”. Dolların ucuzlaşması inkişaf etməkdə olan bazarlar üçün mühüm dəstək amili hesab olunur. Bu, maliyyə şərtlərinin yumşalmasına və kapitalın daha yüksək gəlirlilik təklif edən aktivlərə yönəlməsinə kömək edir. Fond meneceri hesab edir ki, bu proses xüsusilə dollarla müqayisədə hələ də aşağı qiymətləndirilən inkişaf etməkdə olan ölkələrin valyutaları və fond bazarları üçün müsbət təsir göstərəcək. Bloomberg dollar indeksi ötən ay 0,6% artaraq əvvəlki itkilərinin bir hissəsini bərpa edib. Buna ABŞ iqtisadiyyatından gələn güclü statistik məlumatlar və inflyasiya təzyiqlərinin artması səbəb olub. Bu amillər isə Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən faiz dərəcələrinin artırılması ehtimalını gücləndirib. TaglarDollarHSBC Son xəbərlər Yerli biznes xəbərləri “Azexport”un nizamnamə kapitalı 615 min manatdan 10 manata endirildi 03/06/2026 Bank xəbərləri AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır 03/06/2026 Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Azexport”un nizamnamə kapitalı 615 min manatdan 10 manata endirildi 03/06/2026 Bank xəbərləri AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır 03/06/2026 Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər “AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb 03/06/2026