“AccessBank” əsas portfeli olan mikrokreditləri ₼830 milyona çatdırıb Digər xəbərlər 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda əsasən mikromaliyyə sahəsində fəaliyyətdə olan “AccessBank” QSC-nin mikro kredit portfeli 2025-ci ilin sonunda 829.74 mln. manata çatıb. Bu, 2024-cü ilin sonundakı 723.00 mln. manatla müqayisədə 106.74 mln. manat və ya 14.8% çoxdur. Banker.az bunu bankın hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mikro kreditlər bankın kredit portfelinin ən böyük hissəsini formalaşdırmağa davam edib. Portfelin artımı ilə yanaşı, vaxtında ödənilməsində problem yaranan kreditlərin həcmi də yüksəlib. Belə ki, problemli mikro kreditlər bir il ərzində 15.51 mln. manatdan 46.11 mln. manata çataraq təxminən 3 dəfə artıb. Nəticədə onların ümumi mikro kredit portfelində payı 2.1%-dən 5.6%-ə yüksəlib. Bununla yanaşı, vaxtında ödənilən və risk səviyyəsi aşağı olan mikro kreditlərin həcmi 702.88 mln. manatdan 773.47 mln. manata yüksəlib. Nəticədə bankın xalis mikro kredit portfeli 2024-cü ilin sonundakı 704.08 mln. manatdan 2025-ci ilin sonunda 800.33 mln. manata çatıb ki, bu da illik müqayisədə 13.7% artım deməkdir. “AccessBank” 2025-ci il ərzində müştərilərə 717.55 mln. manat məbləğində yeni mikro kredit verib. Öncəki ildə bu rəqəm 648.75 mln. manat idi. Bundan əlavə, bankın girovla təmin olunmuş kreditlərinin həcmi 499.20 mln. manat təşkil edib. Bunun 266.98 mln. manatı mikro kreditlərin, 200.18 mln. manatı isə KOB kreditlərinin payına düşüb. Mikro kreditlər üzrə girovların əsas hissəsini 133.37 mln. manatlıq yaşayış daşınmaz əmlakı və 60.22 mln. manatlıq avadanlıqlar təşkil edib. KOB kreditlərində isə ən böyük girov növü 106.02 mln. manatla yaşayış daşınmaz əmlakı, 65.76 mln. manatla digər daşınmaz əmlak olub. Ümumilikdə, AccessBank-ın ümumi kredit portfeli 2025-ci ilin sonunda 1 mlrd. 366.38 mln. manat təşkil edib. Bu göstərici illik müqayisədə 16.6% artıb. Kreditlər üzrə ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 1 milyard 304.66 mln. manat olub. Son xəbərlər Yerli biznes xəbərləri “Azexport”un nizamnamə kapitalı 615 min manatdan 10 manata endirildi 03/06/2026 Valyuta HSBC analitikləri dolların zəifləyəcəyini gözləyirlər 03/06/2026 Bank xəbərləri AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır 03/06/2026 Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Azexport”un nizamnamə kapitalı 615 min manatdan 10 manata endirildi 03/06/2026 Valyuta HSBC analitikləri dolların zəifləyəcəyini gözləyirlər 03/06/2026 Bank xəbərləri AMB: Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır 03/06/2026 Maliyyə xəbərləri Mərkəzi Bank tərəfindən maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsi təsdiqlənib 03/06/2026