Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Ölkə daxili 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüş zamanı səfir D. Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. C. Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib. MənbəREPORT TaglarAzərbaycan-BritaniyaCeyhun BayramovDankan Norman Son xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026 Digər xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026