Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib Ölkə xarici 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın müvəqqəti işlər vəkili Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. “Kuwait Times”ın xəbərinə görə, iranlı diplomata Tehranın hərəkətləri ilə bağlı rəsmi etiraz bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni zamanda, Küveyt hakimiyyəti İrandakı diplomatik nümayəndəliyin əməkdaş sayını azaldıb, iki iranlı diplomatı “persona-non grata” elan edib və onların 24 saat ərzində ölkəni tərk etməsini tələb edib. Qərar İranın Küveytə hava zərbələri ilə bağlı qəbul edilib. Küveyt Müdafiə Nazirliyi İran tərəfindən buraxılan 13 ballistik raket və 17 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, raket qalıqları yaşayış məntəqələrinə düşüb. Nazirliyin sözçüsü Səud Əbdüləziz əl-Otaibi hücumu “İranın cinayətkar təcavüzü” adlandıraraq, Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki obyektlərin hədəf alındığını qeyd edib. Məlumata görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir nəfər ölüb, 60-dan çox insan yaralanıb və ciddi maddi ziyan dəyib. Rəsmi Tehran isə Küveyt və Bəhreynin ABŞ-ın İrana hücumlarına görə birbaşa məsuliyyət daşıdığını bildirir. MənbəAPA TaglarİranKüveytNota Son xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026 Digər xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026