Avropa Komissiyası: İrandakı müharibə səbəbindən Aİ 1,3 milyon iş yerini itirə bilər Ölkə xarici 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranla müharibə fonunda enerji daşıyıcılarının bahalaşması nəticəsində Avropa İttifaqında 1,3 milyon iş yerinin ixtisara düşməsi riski yaranıb. Bu barədə mətbuat konfransında çıxış edən Roksana Minzatu bildirib. Onun sözlərini “Reuters” sitat gətirib. Minzatunun sözlərinə görə, ən böyük zərbə enerji tutumlu sahələrə dəyə bilər. Risk altında avtomobil sənayesi, kimya sənayesi, metallurgiya, tikinti və nəqliyyat sektoru var.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Avropa Komissiyasının hesablamalarına əsasən, ən çox iş yeri itkisi avtomobil sənayesində qeydə alına bilər. Bu sahədə 600 minədək iş yerinin ləğv olunacağı proqnozlaşdırılır. Tikinti, metallurgiya, nəqliyyat və kimya sənayesində isə ümumilikdə 56 min iş yerinin itirilə biləcəyi bildirilir. Bundan əlavə, günəş enerjisi və akkumulyator istehsalı sektorlarında da vəziyyət narahatlıq doğurur. Bu sahələrdə təxminən 145 min iş yeri risk altında hesab olunur. Son xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026 Digər xəbərlər Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Texnologiya xəbərləri Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb 03/06/2026