AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır Bank xəbərləri 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır. Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk. Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək”, – deyə o qeyd edib. MənbəREPORT TaglarAMB Son xəbərlər Telekommunikasiya Azərbaycanda şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur 03/06/2026 Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026 Digər xəbərlər Telekommunikasiya Azərbaycanda şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur 03/06/2026 Təhsil İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir 03/06/2026 Bank xəbərləri AMB anti-fraud tənzimləməsi üzərində iş aparır 03/06/2026 Aqrarbiznes Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərar verib 03/06/2026