Azərbaycanda məcburi köçkün statusuna yenidən baxılır Ölkə daxili 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar. Bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən, vətəndaş qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək. Millət vəkili Vüqar Bayramov bildirir ki, məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri də mərhələli şəkildə yeni modelə keçirilir. Deputat həmçinin bildirib ki, Mənzil Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən işğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq. MənbəXezerxeber.az Taglarməcburi köçkün statusuMilli MəclisVüqar Bayramov Son xəbərlər Ölkə xarici Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 03/06/2026 Texnologiya xəbərləri “Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib 03/06/2026 Energetika Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur 03/06/2026 Təhsil Müəllimlərin işə qəbulu ilə bağlı 160 minlik dələduzluq 03/06/2026 Digər xəbərlər Ölkə xarici Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 03/06/2026 Texnologiya xəbərləri “Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib 03/06/2026 Energetika Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur 03/06/2026 Təhsil Müəllimlərin işə qəbulu ilə bağlı 160 minlik dələduzluq 03/06/2026