Əlavə məzuniyyətlər kimlərə verilir? Karyera 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Əmək Məcəlləsinə əsasən bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər 6 təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir. Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu staj dövrü 5 ildən 10 ilədək olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir. İşğaldan azad edilmiş ərazilərimizdə işləyən mütəxəssislərə də Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər. Taglarəlavə məzuniyyətƏmək MəcəlləsiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Son xəbərlər Ölkə xarici Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 03/06/2026 Ölkə daxili Azərbaycanda məcburi köçkün statusuna yenidən baxılır 03/06/2026 Texnologiya xəbərləri “Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib 03/06/2026 Energetika Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur 03/06/2026 Digər xəbərlər Ölkə xarici Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib 03/06/2026 Ölkə daxili Azərbaycanda məcburi köçkün statusuna yenidən baxılır 03/06/2026 Texnologiya xəbərləri “Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib 03/06/2026 Energetika Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur 03/06/2026