VAŞİNQTON, 4 iyun. /TASS/. ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Amerika Birləşmiş Ştatları və İran arasında əldə olunan razılaşmalar Hörmüz boğazının tərəflər arasında anlaşma memorandumu imzalandıqdan dərhal sonra naviqasiya üçün açıq olmasını nəzərdə tutur. "Vacib olan digər məqamlardan biri də odur ki, anlaşma memorandumu imzalandıqdan dərhal sonra Hörmüz boğazı açılacaq və bu, tez bir zamanda baş verəcək", o deyib. Trampın sözlərinə görə, ABŞ -ın mina təmizləyən gəmiləri artıq bölgəyə yerləşdirilib.