Bakının üç rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq Ölkə daxili 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakının Yasamal, Nizami və Xəzər rayonlarının bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq . Bu barədə Banker.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonu Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələrinin bir hissəsində elektrik enerjsinin verilişində məhdudiyyət yaranacaq. Həmçinin eyni saatlarda Nizami rayonunda 2 TM-də görüləcək təmir-təftiş işləri zamanı enerji fasiləsi Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsinin bəzi ərazilərini əhatə edəcək. Xəzər RETSİ ərazisində 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan 6 kV-luq elektrik xətlərində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Son xəbərlər Əsas məlumatlar İsrail və Livan arasındakı atəşkəs razılaşması nefti ucuzlaşdırıb 04/06/2026 Bank xəbərləri BOKT auditdən müsbət rəy aldı: aktivlər 60 milyon manatı keçib 04/06/2026 İnvestisiya “Alphabet” süni intellektin inkişafı üçün rekord $85 milyard cəlb edib 04/06/2026 Lizinq xəbərləri “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb 04/06/2026 Digər xəbərlər Əsas məlumatlar İsrail və Livan arasındakı atəşkəs razılaşması nefti ucuzlaşdırıb 04/06/2026 Bank xəbərləri BOKT auditdən müsbət rəy aldı: aktivlər 60 milyon manatı keçib 04/06/2026 İnvestisiya “Alphabet” süni intellektin inkişafı üçün rekord $85 milyard cəlb edib 04/06/2026 Lizinq xəbərləri “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb 04/06/2026