Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı Ölkə daxili 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Banker.az xəbər verir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. “Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük”, – deyə Zaur Əliyev qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir. Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur. Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib. Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək. Son xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026 Xarici biznes xəbərləri Yaponiyanın iki böyük elektronika şəbəkəsi birləşir 04/06/2026 Digər xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026 Xarici biznes xəbərləri Yaponiyanın iki böyük elektronika şəbəkəsi birləşir 04/06/2026