Yaponiyanın iki böyük elektronika şəbəkəsi birləşir Xarici biznes xəbərləri 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaponiyanın məişət elektronikası üzrə pərakəndə satış şəbəkələri “Yamada Holdings” və Edion şirkətlərinin rəhbərliyi onların birləşdirilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Birləşmiş şirkətin satış həcminin təxminən 2,5 trilyon yen (15,64 milyard dollar) olacağı qiymətləndirilir. Şirkətlərin birgə bəyanatında bildirilib ki, mümkün biznes inteqrasiyasının məqsədi məhsul hazırlanması və satınalma imkanlarının genişləndirilməsi hesabına rəqabət qabiliyyətinin artırılmasıdır. Hər iki şəbəkə iyunun 5-də keçiriləcək direktorlar şurasının iclaslarında birləşmə ilə bağlı yekun qərar qəbul etməyi planlaşdırır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin martında başa çatan maliyyə ili üzrə “Yamada Holdings”in proqnozlaşdırılan satış həcmi 1 trilyon 691,8 milyard yen, “Edion”un isə 793,7 milyard yen təşkil edir. Mart ayının sonuna olan məlumata görə, “Yamada Holdings” şəbəkəsinin françayzinq mağazaları da daxil olmaqla 8,7 min mağazası var. “Edion” şəbəkəsinin isə 1,1 min mağazası fəaliyyət göstərir. TaglarYaponiya Son xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026 Digər xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026