Hesablama Palatasının səlahiyyətləri genişləndirilir Ölkə daxili 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Banker.az xəbər verir ki, bu, “Büdcə sistemi haqqında”, “Hesablama Palatası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq. Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək. TaglarHesablama Palatası Son xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026 Digər xəbərlər Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Valyuta Dollar Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsi fonunda iki ayın maksimumuna yüksəlib 04/06/2026