Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır Ölkə daxili 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər Banker.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur. Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır. Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır. Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir. Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər. Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur. Son xəbərlər Bank xəbərləri “AFB Bank” fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb – HESABAT 04/06/2026 Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Digər xəbərlər Bank xəbərləri “AFB Bank” fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb – HESABAT 04/06/2026 Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026