“AFB Bank” fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb – HESABAT Bank xəbərləri 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “AFB Bank” ASC-nin fərdi sahibkarlara verdiyi kredit portfeli 2025-ci ilin sonuna 49.21 mln. manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 21.37 mln. manatla müqayisədə 130.3% çoxdur. Banker.az xəbər verir ki, bank keçən il kredit portfelini artırmaqla bərabər, onun keyfiyyətində yaxşılaşdırıb. 2025-ci ilin sonunda bankın kredit portfelinin böyük hissəsi — 45.89 mln. manat və ya 93.3%-i vaxtında ödənilən və kredit riski aşağı olan kreditlərdən ibarət olub. Bir il əvvəl bu göstərici 17.1 mln. manat və ya 80% təşkil edirdi. Nəticədə problemli kreditlərin portfeldə xüsusi çəkisi 17.9%-dən 3.5%-ə qədər geriləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni zamanda, problemli kreditlər üzrə ayrılmış ehtiyatlar 5.12 mln. manatdan 3.41 mln. manata enərək 33% azalıb. Vaxtında qaytarılmayan və yüksək riskli kreditlərin həcmi isə 3.83 mln. manatdan 1.7 mln. manata düşərək 55% azalıb. Portfelin təminat göstəricilərinə görə, bankın müştərilərə verdiyi kreditlərin balans dəyəri 282.6 mln. manat təşkil edib. Bunun 144.4 mln. manatı və ya 51%-i girovla təmin olunub. Sahibkar kreditləri üzrə balans dəyəri 49.2 mln. manat olduğu halda, onların təminat dəyəri 22.8 mln. manat olub ki, bu da portfelin 46%-nə bərabərdir. Bank üzrə ümumi fərdi sahibkarlara verilən kreditlərdə girov təminatında isə daşınmaz əmlakın payı 98% təşkil edib. Qeyd edək ki, “AFB Bank” kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin biznes ehtiyaclarının maliyyələşdirilməsi üçün mikro kredit verir. Kredit məbləği 500 manatdan başlayaraq 200 min manata qədər dəyişir və milli valyutada təqdim edilir. Kredit üzrə illik faiz dərəcəsi 15%-dən başlayır, faktiki illik faiz dərəcəsi isə 15.4%-31.09% aralığında formalaşır. TaglarAFB Bank Son xəbərlər Ölkə daxili Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır 04/06/2026 Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026 Digər xəbərlər Ölkə daxili Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır 04/06/2026 Ölkə xarici Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb 04/06/2026 Energetika 10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir 04/06/2026 Ölkə daxili Azərbaycanda ət qiymətləri necə sabitləşəcək? – Nazirlik açıqladı 04/06/2026