“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib Bank xəbərləriMenecement (təyinatlar) 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Premium Bank” ASC-nin İdarə Heyətinin üzvlərindən biri və bankın mühüm rəhbər vəzifələrindən birini tutan şəxs postunu tərk edib. Banker.az xəbər verir ki, bu, Fərid Abbasov Ağalar oğludur. Məlumata əsasən, o 1 iyundan etibarən bankdakı fəaliyyətini dayandırıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla da, İdarə Heyətinin üzvlətinin sayı sədrlə birlikdə ikiyə düşüb. Abbasovun yerinə hər hansısa təyinat olmayıb. 2024-cü ildən F.Abbasov bankın Baş risk inzibatçısı vəzifəsində çalışırdı. Qeyd edək ki, son illərdə Azərbaycan banklarında Baş risk inzibatçısı (Chief Risk Officer – CRO) vəzifəsi bank sektorunda xeyli gücləndirilib və artıq bir çox hallarda sədrdən sonra ən təsirli rəhbər vəzifələrdən biri hesab olunur. Mərkəzi Bankın “Banklarda risklərin idarə olunması haqqında Qaydalar“ına görə, Baş Risk İnzibatçısı kredit, investisiya və ya yeni məhsulla bağlı qərarla razılaşmazsa, məsələ Müşahidə Şurasına çıxarılmalıdır və həmin qərarın icrası müvəqqəti dayandırılır. Bu isə çox ciddi veto hüququna bənzər səlahiyyətdir. Qaydalara əsasən CRO risklərin idarə olunması, kredit, investisiya və yeni məhsullar üzrə qərar qəbul edən komitələrin üzvü olmalıdır. Yəni bankın əsas biznes qərarları onun iştirakı olmadan verilmir. TaglarPremium Bank Son xəbərlər İnvestisiya İranla bağlı gərginlik fonunda qlobal bazarlar mövqelərini itirir 04/06/2026 Telekommunikasiya Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub 04/06/2026 Bank xəbərləri İlk dəfə kredit alan müştərilər üçün Yelo Bank-dan komissiyasız və endirimli təklif! 04/06/2026 İnvestisiya “Broadcom”un səhmləri rüblük hesabatdan sonra 13% ucuzlaşıb 04/06/2026 Digər xəbərlər İnvestisiya İranla bağlı gərginlik fonunda qlobal bazarlar mövqelərini itirir 04/06/2026 Telekommunikasiya Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub 04/06/2026 Bank xəbərləri İlk dəfə kredit alan müştərilər üçün Yelo Bank-dan komissiyasız və endirimli təklif! 04/06/2026 İnvestisiya “Broadcom”un səhmləri rüblük hesabatdan sonra 13% ucuzlaşıb 04/06/2026