“Broadcom”un səhmləri rüblük hesabatdan sonra 13% ucuzlaşıb İnvestisiya 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Mikrosxem istehsalçısı “Broadcom”un səhmləri “Nasdaq” birjasında premarket ticarətində 12,6% ucuzlaşıb. Ticarət məlumatlarına görə, Bakıı vaxtı ilə saat 12:34-ə olan vəziyyətdə eniş davam edib. İyunun 3-də əsas ticarət sessiyasının yekununda şirkətin səhmləri 479,23 dollar (-0,5%) səviyyəsində bağlanmışdı. “Bloomberg” yazır ki, investorları “Broadcom”un süni intellekt çiplərindən əldə ediləcək gəlirlərlə bağlı proqnozu məyus edib. Bu proqnoz şirkətin sözügedən bazarda mövqelərini gözləniləndən daha yavaş gücləndirdiyini göstərib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Broadcom”un proqnozuna əsasən, 2026-cı maliyyə ilinin iyulda başa çatacaq üçüncü rübündə süni intellekt çiplərindən əldə olunan gəlir 16 milyard dollar təşkil edəcək. “Bloomberg”in məlumatına görə, analitiklər orta hesabla 17,2 milyard dollar gözləyirdilər. Şirkətin baş icraçı direktoru Hok Tan bildirib ki, oktyabrda başa çatacaq bütün maliyyə ili ərzində süni intellekt çiplərinin satışından əldə olunan gəlir 56 milyard dollara çatacaq. Halbuki analitiklərin proqnozu 57,6 milyard dollar idi. Ümumilikdə, mayın 3-də başa çatan ikinci maliyyə rübünün nəticələri analitiklərin gözləntilərinə uyğun olub. Şirkətin gəliri illik müqayisədə 48% artaraq 22,2 milyard dollara yüksəlib. Səhmə düşən düzəliş edilmiş mənfəət isə 2,44 dollar təşkil edib. Süni intellekt yarımkeçiricilərindən əldə olunan gəlir 10,8 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 143% çoxdur. “Broadcom” “Alphabet”, “Anthropic” və “Meta” ilə uzunmüddətli müqavilələr imzalayıb və ya mövcud əməkdaşlığı genişləndirib. Bununla belə, “Bloomberg” qeyd edir ki, bu müqavilələrdən əldə olunan gəlirin hansı hissəsinin rüblük hesabatlarda tanınacağı, hansı hissəsinin isə çoxillik sifariş portfelində əks olunacağı ilə bağlı suallar qalır. Agentliyin qiymətləndirməsinə görə, “Broadcom” süni intellekt sektorundan olan müştərilərlə işləməyə keçiddə irəliləyiş əldə etsə də, investorların gözləntiləri həddindən artıq yüksək olaraq qalır. Şirkətin səhmləri 2026-cı ilin əvvəlindən bəri 38% bahalaşıb. Hesabatın dərcindən əvvəlki cəmi beş ticarət sessiyasında isə süni intellektlə bağlı optimizm fonunda Broadcom-un bazar dəyəri 270 milyard dollar artmışdı. TaglarBroadcom Son xəbərlər İnvestisiya İranla bağlı gərginlik fonunda qlobal bazarlar mövqelərini itirir 04/06/2026 Telekommunikasiya Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub 04/06/2026 Bank xəbərləri “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib 04/06/2026 Bank xəbərləri İlk dəfə kredit alan müştərilər üçün Yelo Bank-dan komissiyasız və endirimli təklif! 04/06/2026 Digər xəbərlər İnvestisiya İranla bağlı gərginlik fonunda qlobal bazarlar mövqelərini itirir 04/06/2026 Telekommunikasiya Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub 04/06/2026 Bank xəbərləri “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib 04/06/2026 Bank xəbərləri İlk dəfə kredit alan müştərilər üçün Yelo Bank-dan komissiyasız və endirimli təklif! 04/06/2026