MİDA investisiya siyasətini dəyişib Daşınmaz əmlakÜmumi iqtisadi xəbərlər 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2025-ci ildə sərbəst vəsaitlərin idarə olunması strategiyasını dəyişib. Banker.az bunu MİDA-nın audit hesabatına istinadən xəbər verir. Bununla belə MİDA hesabatı geniş icmalda təqdim etmədiyindən onu analiz etmək məhdudlaşır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə MİDA-nın 2024-cü ilin sonunda banklarda yerləşdirilmiş 105.46 mln. manat depoziti olduğu halda, 2025-ci ilin sonuna bu vəsaitlər tamamilə geri çəkilib. Bunun əvəzində Agentlik 98.27 mln. manat həcmində borc qiymətli kağızlarına investisiya yerləşdirib. Bu, MİDA-nın vəsaitlərini bank depozitlərindən dövlət və ya korporativ istiqrazlar kimi alətlərə yönəltdiyini göstərir. 2025-ci ilin sonuna MİDA-nın cəmi aktivləri 426.07 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 17.7% və ya 91.32 mln. manat azdır. Azalma əsasən uzunmüddətli investisiyaların və digər aktivlərin həcminin aşağı düşməsi əlaqəlidr. Agentliyin cəmi kapitalı isə 11.3% azalaraq 424.42 mln. manata enib. Hesabat ilində dövlət büdcəsindən ayrılmaların həcmi 55.49 mln. manat azalaraq 289.06 mln. manata düşüb. Bölüşdürülməmiş mənfəət isə 35.35 mln. manata yüksəlib. 2025-ci ili 1.30 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 51.8% azdır. Hesabat dövründə Agentliyin maliyyə gəlirləri 47.3% azalaraq 6.78 mln. manata düşüb. MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb. Son xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Neft və Qaz OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır 04/06/2026 Bank xəbərləri ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı! 04/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Neft və Qaz OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır 04/06/2026 Bank xəbərləri ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı! 04/06/2026