OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır Neft və Qaz 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dünya yaxın gələcəkdə neftə tələbatın pik həddinə çatmasının şahidi olmayacaq. Bunu OPEC-in baş katibi Haysam əl-Qays bildirib. “İcazə verin, qəti şəkildə deyim ki, bəzi dairələrin proqnozlaşdırdığı və ya proqnozlaşdırmış olduğu kimi, biz neftə tələbatın pik həddini görmürük. Hətta bir neçə il əvvəl verilmiş belə proqnozlar indi tədricən aktuallığını itirir”, – deyə o qeyd edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Baş katib əlavə edib ki, neft 2050-ci ildən sonra da qlobal enerji balansında əsas rol oynamağa davam edəcək. Onun sözlərinə görə, qlobal iqtisadi artım, əhalinin çoxalması, urbanizasiya prosesləri və inkişaf etməkdə olan ölkələrdə enerji tələbatının artması neft istehlakını dəstəkləməyə davam edəcək. Buna görə də təşkilat yaxın perspektivdə neftə tələbatın maksimum səviyyəyə çatacağını gözləmir. TaglarneftOPEC+ Son xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Daşınmaz əmlak MİDA investisiya siyasətini dəyişib 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Bank xəbərləri ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı! 04/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Daşınmaz əmlak MİDA investisiya siyasətini dəyişib 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Bank xəbərləri ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı! 04/06/2026