“Bank of Baku” ötən il səhmdarlara dividend ödənişlərini artırıb Bank xəbərləriKapital bazarı 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bank of Baku” ASC 2025-ci il üzrə xalis mənfəətindən səhmdarlarına 12 mln. manat dividend ödəyib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 10.53 mln. manat təşkil etmişdi. Nəticədə dividend məbləği illik müqayisədə 1.47 mln. manat və ya 14.0% artıb. Banker.az bunu bankın audit hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Son iki ildə bank ümumilikdə 22.53 mln. manat dividend paylayıb. Bank hesabat ilini 27.82 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 2.6% və ya 718 min manat çoxdur. Bank bir il əvvəl 27.10 mln. manat xalis mənfəət əldə etmişdi. Maliyyə hesabatına əsasən, bankın bölüşdürülməmiş mənfəəti 2024-cü ilin sonundakı 128.47 mln. manatdan 2025-ci ilin sonunda 144.59 mln. manata yüksəlib. Beləliklə, göstərici il ərzində 16.12 mln. manat və ya 12.5% artıb. Hesabata görə, “Bank of Baku”nun cəmi kapitalı 2025-ci ilin sonuna 208.59 mln. manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 8.2% artım deməkdir. Bankın aktivləri isə 1.18 mlrd. manata yüksələrək illik müqayisədə 20.9% böyüyüb. Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur. Son xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Daşınmaz əmlak MİDA investisiya siyasətini dəyişib 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Neft və Qaz OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır 04/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Bu rayonlarda torpaq sahələri satılacaq – SİYAHI 04/06/2026 Daşınmaz əmlak MİDA investisiya siyasətini dəyişib 04/06/2026 Bank xəbərləri Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb 04/06/2026 Neft və Qaz OPEC: Neftə tələbatın pik həddi hələ uzaqdadır 04/06/2026