Qazaxıstanda süni intellektə vəzifə verilib Ölkə xariciTexnologiya xəbərləri 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Qazaxıstanın Süni intellekt Fondunun İdarə Heyəti (İH) üzvlərindən biri elə süni intellektdir. Bunu Qazaxıstanın Dövlət Texniki Xidmətinin sədrinin I müavini, Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri Ulıkbek Şambulov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Qazaxıstan Prezidenti üç il ərzində tam rəqəmsal ölkəyə çevrilmək üçün təşəbbüs irəli sürüb: “Qazaxıstanda biz bu yaxınlarda referendum keçirdik və indi yeni konstitusiyamız var. Sənəddə fərdi məlumatların qorunmasına həsr olunmuş maddəni var ki, bu da onu konstitusiya səviyyəsində öhdəlik edir və bu, bizim üçün son dərəcə vacibdir. Bizdə ayrıca Süni İntellekt Nazirliyi və suveren fond var. “KazMunayQaz” və “KazakhTelecom” kimi bütün milli şirkətlərimiz bu suveren fondun altındadır və İH üzvlərindən biri süni intellektdir”. Qonaq əlavə edib ki, Qazaxıstan üçün süni intellekt üzrə kibertəhlükəsizlik vacibdir: “Biz həmin süni intellekt İH üzvündə bəzi zəiflikləri aşkar etmişik ki, bu da süni intellekt kibertəhlükəsizliyini çox ciddi qəbul etdiyimizi nümayiş etdirir. Qazaxıstan həmçinin süni intellekt təhsilində əhəmiyyətli addımlar atır. Bu yaxınlarda prezidentimiz bütün orta məktəblərin süni intellekti tədrisə daxil etməsini əmr edən yeni fərman imzalayıb. Bu, yaşadığımız reallıqdır və süni intellektin kibertəhlükəsizliyini kritik dərəcədə vacib edir. Komandamız üçün mən süni intellektlə bağlı bütün zəiflikləri və riskləri anlamaq məqsədi qoymuşam. İnanıram ki, biz bu sahədə əməkdaşlıq edə bilərik, çünki artıq süni intellektin təhlükəli və yaxud riskli ola biləcəyi bir çox sahəni görürük”. MənbəREPORT TaglarQazaxıstansüni intellekt Son xəbərlər Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026 Ölkə daxili Tokayev Azərbaycana səfər edəcək 04/06/2026 Karyera Hansı müəllimlər əlavə ödəniş ala bilər? 04/06/2026 Digər xəbərlər Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026 Ölkə daxili Tokayev Azərbaycana səfər edəcək 04/06/2026 Karyera Hansı müəllimlər əlavə ödəniş ala bilər? 04/06/2026