Rusiyanın neft hasilatı azalıb Neft və Qaz 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Rusiyanın son aylardakı neft hasilatı 2026-cı ilin əvvəli ilə müqayisədə daha aşağıdır. Rusiya Baş nazirinin müavini Aleksandr Novak builki Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib: “Hazırda istehsal cari ilin əvvəli ilə müqayisədə bir qədər aşağıdır”.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Rusiyanın bir neçə neft emalı zavodunda hazırda “planlaşdırılmamış” təmir işləri aparıldığını deyən Novak əlavə edib ki, onlar yenə də ixrac infrastrukturunun gücünü maksimum dərəcədə artırır. Onun sözlərinə görə, neft emalı zavodları tam gücü ilə işə düşdükcə, istehsal artacaq və əvvəlki səviyyələrə qayıdacaq. Novakın açıqlamaları Rusiya-Ukrayna müharibəsinin beşinci ilinin son aylarında Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarının davam etməsi və artması fonunda verilib. Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyi hava hücumlarından müdafiə qüvvələrinin Qara dəniz, Azov dənizi və Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımdakı 10 bölgədə 272 Ukrayna dronu tutaraq məhv etdiyini iddia edib. Ukrayna da Rusiyanı gecə hava hücumlarında ittiham edərək bildirib ki, hava hücumlarından müdafiə qüvvələri rusların atdığı 293 drondan 264-nü vurub. MənbəAZƏRTAC Taglarneft hasilatıRusiya Son xəbərlər Kənd təsərrüfatı Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? 04/06/2026 Xarici biznes xəbərləri “Amazon” 25 min yeni iş yeri yaradacaq 04/06/2026 Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026 Digər xəbərlər Kənd təsərrüfatı Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? 04/06/2026 Xarici biznes xəbərləri “Amazon” 25 min yeni iş yeri yaradacaq 04/06/2026 Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026