“Amazon” 25 min yeni iş yeri yaradacaq Xarici biznes xəbərləri 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaxın illərdə Amerikanın texnologiya nəhəngi “Amazon” Avropadakı paylama mərkəzlərinin genişləndirilməsinə və modernləşdirilməsinə 10 milyard avro sərmayə qoyacaq. Bu investisiyanın Avropa işçi qüvvəsini 25 min nəfər artıracağı gözlənilir. Şirkətdə hazırda 230 min nəfər işləyir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkət, həmçinin əməliyyat proseslərini təkmilləşdirməyə və robot imkanlarını genişləndirməyə çalışır. Məsələn, sonuncu işçilərə daha az ağır iş görməyə və keyfiyyətə nəzarət kimi tapşırıqlara daha çox diqqət yetirməyə imkan verəcək, – deyə “Nu.nl” yazır. İnvestisiyalar, həmçinin “Amazon”un çatdırılma xidmətini daha da inkişaf etdirməyə yönəlib. Şirkət bu il daha çox çatdırılma məntəqəsi açmağı planlaşdırır ki, müştərilər onlayn sifariş verdikdən sonra həmin gün mallarını evdə ala bilsinlər. Bu məqsədlə “Amazon” yaşayış məntəqələrinin yaxınlığında və şəhər mərkəzlərində tikiləcək mikropaylama mərkəzlərindən də istifadə edir. MənbəAZƏRTAC TaglarAmazoniş yeri Son xəbərlər Kənd təsərrüfatı Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? 04/06/2026 Neft və Qaz Rusiyanın neft hasilatı azalıb 04/06/2026 Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026 Digər xəbərlər Kənd təsərrüfatı Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? 04/06/2026 Neft və Qaz Rusiyanın neft hasilatı azalıb 04/06/2026 Nəqliyyat Mopedlər üçün dövlət rüsumları müəyyənləşir 04/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar açıqlanıb 04/06/2026