Mopedlər üçün dövlət rüsumları müəyyənləşir Nəqliyyat 04/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda moped sürənlər üçün yeni qaydalar tətbiq olunur, qeydiyyat, sürücülük vəsiqəsi, sığorta və texniki baxış tələbləri genişləndirilir. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanunda edilən dəyişikliklərin icrası ilə əlaqədar bir sıra qanunlara təklif olunan dəyişikliklərdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Belə ki, layihəyə əsasən, mopedlər üçün dövlət qeydiyyatı, qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi tələbləri tətbiq edilir. Bununla yanaşı, mopedi idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq və moped sürücülərinə nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr də şamil ediləcək. Dəyişikliklərə görə, qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası tətbiq olunacaq. Eyni zamanda, mopedlər texniki baxışdan keçməli olacaq. Qanun layihəsində mopedlərlə bağlı dövlət rüsumları da müəyyənləşdirilir. Belə ki, mopedlərin texniki baxışdan keçirilməsi üçün 15 manat, dövlət qeydiyyatına alınması üçün 10 manat, dövlət qeydiyyat nişanının verilməsi üçün 15 manat, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 30 manat, imtahan üçün isə 40 manat dövlət rüsumu nəzərdə tutulur. Təkrar imtahan verənlər 20 manat ödəyəcəklər. Layihədə həmçinin avtomobil yollarından istifadə ilə bağlı müddəalara mopedlər də əlavə edilir və onların yol hərəkəti sisteminə inteqrasiyası genişləndirilir. MənbəXezerxeber.az Taglar"Yol Hərəkəti Haqqında" qanundövlət rüsumlarımoped Son xəbərlər Ölkə xarici Zelenski Putinə açıq məktub yazıb 04/06/2026 Ölkə xarici Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib 04/06/2026 Ölkə xarici Putin deyir ki, Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır 04/06/2026 İdman Ronaldonun transfer dəyəri 10 milyona düşüb 04/06/2026 Digər xəbərlər Ölkə xarici Zelenski Putinə açıq məktub yazıb 04/06/2026 Ölkə xarici Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib 04/06/2026 Ölkə xarici Putin deyir ki, Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır 04/06/2026 İdman Ronaldonun transfer dəyəri 10 milyona düşüb 04/06/2026