Aylardır ki, o, evdən demək olar ki, çıxmırdı, çünki təhlükəsizlik əməkdaşlarının uşaqlarını ondan alıb həbs edəcəyinə inanırdı. Keçmiş beynəlxalq gimnast Cavadlı ötən il baş verən qarşıdurmalardan birini canlı yayımladıqdan sonra BƏƏ -də elektron cinayətlərə – onlayn hüquq pozuntularına görə potensial həbs təhlükəsi ilə üzləşib. O zaman o, hərəkətlərini onun müdafiəçisi olan Britaniyalı insan haqları vəkili David Haigh -ə video mesajda izah etmişdi: “Mən bilirdim ki, bu, uşaqlarımla son şansdır, çünki onlar bir daha onları görməyimə icazə verməyəcəklər. Mən həqiqətən inanırdım ki, bu, mənim son şansımdır, ona görə də sadəcə canlı yayım açdım və kömək istədim.” Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktum un vəkilləri uşaqlarının vəziyyəti ilə bağlı məhkəmə dinləmələrində iddia ediblər ki, o, qızlarını məktəbə göndərməyən, oteldə olarkən uşaqlar üçün uyğun olmayan yerdə yaşayan və ən kiçik qızın sağlamlığını riskə atan yararsız bir ana idi.