ABŞ-nin dövlət borcu 2027-ci ilin ortalarınadək 41 trilyon dollara çata bilər Ölkə xarici 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin dövlət borcu böyük ehtimalla 2027-ci ilin qışının sonu ilə yayının ortaları arasında onun üçün müəyyən edilmiş 41,1 trilyon dollarlıq limitə çatacaq. Bu proqnoz Vaşinqtonda fəaliyyət göstərən Bipartisan Policy Center tərəfindən dərc olunan hesabatda yer alıb. Sənəddə qeyd olunur ki, 2025-ci ilin iyulunda ABŞ-nin dövlət borcu limiti 36,1 trilyon dollardan 41,1 trilyon dollara, yəni 5 trilyon dollar artırılıb. Hesabatda bildirilir ki, həmin vaxtdan bəri bu məhdudiyyətlərə daxil olan borcun həcmi 2,9 trilyon dollar artaraq yeni borclanma limitinin yarıdan çoxunu təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mərkəzin qiymətləndirməsinə görə, Konqres əlavə tədbirlər görməsə, ABŞ 2027-ci ilin qışının sonu ilə yayının ortaları arasında yenidən dövlət borcu tavanına çatacaq. Hesabatda vurğulanır ki, bundan sonra Vaşinqton administrasiyası defoltun qarşısını almaq üçün təxminən 6–9 ay ərzində fövqəladə maliyyə tədbirlərindən istifadə edə biləcək. Bu müddət başa çatdıqdan sonra isə ABŞ maliyyə öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirmək imkanını itirə bilər. Belə vəziyyətin qarşısını almaq üçün Konqres və administrasiya dövlət borcu limitinin yenidən artırılması məsələsini müzakirə etməli olacaq. Mütəxəssislərin fikrincə, borc tavanına çatma müddətinə təsir edən əsas amillərdən biri ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara çəkdiyi xərclərdir. Pentaqonun son hesablamalarına əsasən, bu xərclər 29 milyard dollara çatıb. Bundan əlavə, Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarından əldə olunacaq potensial gəlirlər və həmin rüsumların təsirini kompensasiya etmək üçün mümkün büdcə xərcləri də proqnozlara təsir göstərəcək. Hazırda ABŞ-nin dövlət borcu təxminən 39,2 trilyon dollar təşkil edir. Bu göstərici 2026-cı ilin martında tarixdə ilk dəfə olaraq 39 trilyon dolları, 2025-ci ilin oktyabrında isə 38 trilyon dolları ötüb. TaglarABŞdövlət borcu Son xəbərlər İnvestisiya Tvitlərdən qazanc əldə edən Citron Research təsisçisi bazar manipulyasiyasına görə məhkum edilib 05/06/2026 Bank xəbərləri “Unibank” keçən il nağd kreditləri portfelini böyüdüb 05/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 05.06.2026 05/06/2026 Yerli biznes xəbərləri Tikinti materialı şirkəti zərərdən qurtula bilmir 05/06/2026 Digər xəbərlər İnvestisiya Tvitlərdən qazanc əldə edən Citron Research təsisçisi bazar manipulyasiyasına görə məhkum edilib 05/06/2026 Bank xəbərləri “Unibank” keçən il nağd kreditləri portfelini böyüdüb 05/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 05.06.2026 05/06/2026 Yerli biznes xəbərləri Tikinti materialı şirkəti zərərdən qurtula bilmir 05/06/2026