Amerikalı investorlar konsorsiumu MobiUz-u 351 milyon dollara alıb İnvestisiyaTelekommunikasiya 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Özbəkistanda ölkənin telekommunikasiya operatorlarından biri olan Universal Mobile Systems, yaxud MobiUz şirkətinin nizamnamə kapitalındakı 100%-lik dövlət payının satışı üzrə beynəlxalq açıq müsabiqə başa çatıb. Özəlləşdirmə prosesi təsdiqlənmiş dövlət proqramlarına uyğun aparılıb. Sövdələşmənin müşayiəti üçün beynəlxalq məsləhətçilər cəlb olunub: Rothschild & Co investisiya bankı strateji məsləhətçi, KPMG maliyyə məsləhətçisi, Deloitte isə müstəqil qiymətləndirici kimi çıxış edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin satışı beynəlxalq bazarlarda aktiv şəkildə təşviq olunub. Sövdələşmə barədə məlumat məsləhətçilərin qlobal ofis şəbəkəsi vasitəsilə, həmçinin 100-dən çox strateji və maliyyə investoru ilə görüşlər zamanı yayılıb. Bundan başqa, özəlləşdirmə ilə bağlı materiallar Bloomberg və Financial Times kimi beynəlxalq nəşrlərdə dərc edilib və beynəlxalq road-show-larda təqdim olunub. Müsabiqə çərçivəsində MobiUz-un alınmasına ABŞ, Yaponiya, Fars körfəzi ölkələri, Avropa və Cənubi Qafqazdan 15-dən çox investor maraq göstərib. İştirakçıların əksəriyyəti xarici investorlar olub. 10 şirkət ilkin qiymət təklifi təqdim edib, maliyyə və hüquqi yoxlamadan sonra isə satınalma üzrə altı məcburi təklif alınıb. Müsabiqənin nəticələrinə əsasən, Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi ABŞ-dan olan texnoloji tərəfdaş JVR Enterprises LLC-nin iştirakı ilə McKim and Company-nin rəhbərlik etdiyi maliyyə investorları konsorsiumunun təklifini seçib. MobiUz-un dəyəri 351 milyon dollar qiymətləndirilib. Bundan əlavə, investorlar şirkətin telekommunikasiya infrastrukturunun inkişafına 500 milyon dollara qədər sərmayə yatırmaq niyyətində olduqlarını bildiriblər. Agentlikdə qeyd edilib ki, təklif olunan qiymət EV/EBITDA multiplikatoru üzrə 7.4x səviyyəsinə uyğundur. Bu isə biznesin rəqabətqabiliyyətli qiymətləndirilməsini və analoji beynəlxalq sövdələşmələrlə müqayisədə əməliyyatın effektivliyini əks etdirir. Sövdələşmənin tam yekunlaşması üçün tənzimləyici orqanlardan bütün zəruri icazələrin alınması, həmçinin korporativ və hüquqi prosedurların yerinə yetirilməsi lazımdır. TaglarMobiUz Son xəbərlər Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Bank xəbərləri AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı 05/06/2026 Neft və Qaz Çinin idxalı azaltması qlobal bazarı neft şokundan qoruyub saxlayıb 05/06/2026 Digər xəbərlər Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Bank xəbərləri AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı 05/06/2026 Neft və Qaz Çinin idxalı azaltması qlobal bazarı neft şokundan qoruyub saxlayıb 05/06/2026