“BP-Azerbaijan”: “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir Neft və Qaz 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir. Banker.az xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan “BP-Azərbaycan” şirkətinin məlumatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hazırda yataqdan qaz hasilatı “Şahdəniz-1” və “Şahdəniz-2″ layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir”, – məlumatda vurğulanıb. Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir. “Mövcud “Şahdəniz” obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür”, – məlumatda bildirilib. “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİCO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %). MənbəReport TaglarBP Azerbaijan Son xəbərlər Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Bank xəbərləri AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı 05/06/2026 İnvestisiya Amerikalı investorlar konsorsiumu MobiUz-u 351 milyon dollara alıb 05/06/2026 Digər xəbərlər Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Bank xəbərləri AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı 05/06/2026 İnvestisiya Amerikalı investorlar konsorsiumu MobiUz-u 351 milyon dollara alıb 05/06/2026