“Standard Chartered” həftəlik enişə baxmayaraq, bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırıb Kripto valyutalar 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Standard Chartered bankının rəqəmsal aktivlər üzrə qlobal tədqiqatlar şöbəsinin rəhbəri Cefri Kendrik bitkoinin ilin sonuna qədər 100 min dolları ötəcəyinə dair proqnozunu qüvvədə saxlayıb. Onun fikrincə, bazarda əsas satış dalğası artıq geridə qalıb. Son bir həftə ərzində ən böyük kriptovalyuta 12%-dən çox dəyər itirib. Kendrik bu dövrü kriptovalyutalar üçün “ağrılı həftə” adlandırıb. Enməyə səbəb kimi Maykl Seylor tərəfindən şirkətin aktivlərinin bir hissəsinin satılması göstərilir. Bu, 2022-ci ildən bəri ilk belə satış olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müştərilər üçün hazırladığı qeyddə Kendrik satışın vaxtının uğursuz seçildiyini bildirib. Onun sözlərinə görə, bitkoinin qiyməti 60 min dollardan aşağı düşərsə, satıcıların təzyiqi daha da arta bilər. Bununla belə, o hesab edir ki, bu il ərzində yüksəliş mövqelərinin bağlanması üçün imkanlar artıq məhduddur. LSEG məlumatlarına görə, çərşənbə axşamına qədər olan həftə ərzində iri bitkoin ETF-lərindən 2 milyard dollardan çox vəsait çıxarılıb ki, bu da rekord xalis axın hesab olunur. Buna baxmayaraq, Kendrik əmindir ki, bitkoin 2026-cı ilin sonuna qədər 100 min dollara çatdıqda, investorlar hazırkı dövrü uğurlu alış imkanı kimi qiymətləndirəcəklər. Analitik həmçinin Strategy tərəfindən bitkoinlərin “aqressiv şəkildə” geri alınacağını proqnozlaşdırır və bunu şirkətin oxşar vəziyyətlərdəki əvvəlki davranışı ilə əsaslandırır. Uzun müddət Strategy-nin bitkoin yatırımları Saylorun kriptovalyuta sektoruna inamının göstəricisi hesab olunurdu. O, bir dəfə X sosial şəbəkəsində “İstəyirsinizsə böyrəyinizi satın, amma bitkoinlərinizi saxlayın” yazmışdı. Bazar ertəsi Strategy satılan kriptovalyutadan əldə olunan vəsaitin imtiyazlı səhmlər üzrə ödənişlərə yönəldiləcəyini açıqlayıb. Satışın həcmi şirkətin sahib olduğu bütün bitkoinlərin cəmi 0,004%-ni təşkil edib. Hazırda Strategy-nin balansındakı bitkoinlərin dəyəri cari qiymətlərlə təxminən 54 milyard dollardır. IG Bank analitiki Fabien Yip isə hesab edir ki, bu satış simvolik əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Maykl Saylorun “heç vaxt satmamaq” mövqeyi bitkoinin yüksəliş trendinin əsas dayaqlarından biri idi və bu əməliyyat Strategy-nin gələcəkdə əlavə satışlar etmədən dividend öhdəliklərini yerinə yetirə biləcəyi ilə bağlı suallar yaradır. Strategy-nin səhmləri 2026-cı ildə təxminən 17% ucuzlaşıb. Şirkətin səhmləri ötən ilin yanvar-oktyabr aylarında təxminən 14% bahalaşsa da, daha sonra bitkoin qiymətlərindəki enişlə paralel olaraq kəskin dəyər itirib. TaglarbitcoinStandard Chartered Son xəbərlər Ölkə daxili “Azərişıq”a icrası məcburi göstəriş verildi – Rəislər cərimələndi 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Digər xəbərlər Ölkə daxili “Azərişıq”a icrası məcburi göstəriş verildi – Rəislər cərimələndi 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026