“Azərişıq”a icrası məcburi göstəriş verildi – Rəislər cərimələndi Ölkə daxili 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində “Azərişıq” ASC barəsində araşdırma aparıb. Bu barədə Banker.az Agentliyə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, araşdırma vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən EMTA-dan daxil olmuş müraciətlər əsasında aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib. İşə baxılma prosesində “Azərişıq” ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq” ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib. Agentlik olaraq qeyd edək ki, hazırda “Azərişıq” ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır. Son xəbərlər Kripto valyutalar “Standard Chartered” həftəlik enişə baxmayaraq, bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırıb 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Digər xəbərlər Kripto valyutalar “Standard Chartered” həftəlik enişə baxmayaraq, bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırıb 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Bank xəbərləri ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026