ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı Bank xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®ABB kiçik fərdi sahibkarlar üçün yeni kredit kartını – Bizkartı təqdim edib. Bizkart vasitəsilə sahibkarlar biznes və gündəlik xərclərini daha rahat idarə edə bilərlər. Bizkartla fərdi sahibkarlara 15 000 AZN-dək kredit xətti açılır. Kart üzrə 45 günədək güzəşt müddəti var. Bu, o deməkdir ki, fərdi sahibkar kredit kartı ilə nağdsız ödənişlər etdikdə istifadə etdiyi məbləği güzəşt müddəti ərzində faizsiz geri qaytara bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Gündəlik biznes xərcləri üçün təcili dövriyyə vəsaitinə ehtiyacı yarandıqda Bizkart optimal həll yoludur. Sahibkar lazımi vəsaiti çox asanlıqla əldə edir, xərclədiyi vəsaiti isə 45 günədək faizsiz geri qaytara bilir. Bizkartın əsas üstünlükləri: -15 000 AZN-dək kredit xətti; -45 günədək güzəşt müddəti; -Zaminsiz və girovsuz təqdim edilir; -Kart ödənişsizdir; -VÖEN-lə çalışan hər bir fərdi sahibkar Bizkart əldə edib onun üstünlüklərindın faydalana bilər. Bizkart-ı ABB Biz tətbiqindən sifariş vermək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Kripto valyutalar “Standard Chartered” həftəlik enişə baxmayaraq, bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırıb 05/06/2026 Ölkə daxili “Azərişıq”a icrası məcburi göstəriş verildi – Rəislər cərimələndi 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026 Digər xəbərlər Kripto valyutalar “Standard Chartered” həftəlik enişə baxmayaraq, bitkoinin 100 min dollara çatacağını proqnozlaşdırıb 05/06/2026 Ölkə daxili “Azərişıq”a icrası məcburi göstəriş verildi – Rəislər cərimələndi 05/06/2026 Telekommunikasiya Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar 05/06/2026 Ümumi iqtisadi xəbərlər Ağdamda 14 milyon manatlıq layihə: “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır 05/06/2026