Azərbaycan Mərkəzi Bankı və Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bank xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə AMB-dən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək. Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur. Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. Son xəbərlər Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026 Ölkə daxili 5 milyonluq siqaret qaçaqmalçılığı işində saxlanılan Ruslan Eyyubov azadlığa buraxıldı 05/06/2026 Ölkə xarici XİN: Azov dənizində 5 vətəndaşımız həlak olub 05/06/2026 Yerli biznes xəbərləri Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb 05/06/2026 Digər xəbərlər Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026 Ölkə daxili 5 milyonluq siqaret qaçaqmalçılığı işində saxlanılan Ruslan Eyyubov azadlığa buraxıldı 05/06/2026 Ölkə xarici XİN: Azov dənizində 5 vətəndaşımız həlak olub 05/06/2026 Yerli biznes xəbərləri Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb 05/06/2026