DSMF ofis və arxiv sahələrinin icarəsinə 4.2 milyon manat xərcləyəcək Ümumi iqtisadi xəbərlər 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət Sosial Müdafiə Fondu ofis və arxiv sahələrinin icarəsi üçün ümumilikdə 4,2 milyon manatdan çox vəsait ayırmağı planlaşdırır. Qurum tərəfindən elan edilən satınalmalardan biri Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, eləcə də SÖTMF üçün ofis və arxiv sahəsinin icarəsini əhatə edir. Bu xidmət üzrə ehtimal olunan qiymət 1 milyon 373 min manat müəyyən edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Digər satınalma isə Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsinə aiddir. Həmin xidmətin ehtimal olunan dəyəri 2 milyon 848 min manat təşkil edir. Beləliklə, hər iki satınalma üzrə nəzərdə tutulan ümumi məbləğ 4 milyon 221 min manata çatır. TaglarDövlət Sosial Müdafiə Fonduicarəofis Son xəbərlər Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026 Ölkə daxili 5 milyonluq siqaret qaçaqmalçılığı işində saxlanılan Ruslan Eyyubov azadlığa buraxıldı 05/06/2026 Ölkə xarici XİN: Azov dənizində 5 vətəndaşımız həlak olub 05/06/2026 Yerli biznes xəbərləri Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb 05/06/2026 Digər xəbərlər Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026 Ölkə daxili 5 milyonluq siqaret qaçaqmalçılığı işində saxlanılan Ruslan Eyyubov azadlığa buraxıldı 05/06/2026 Ölkə xarici XİN: Azov dənizində 5 vətəndaşımız həlak olub 05/06/2026 Yerli biznes xəbərləri Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb 05/06/2026