Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik Ölkə xarici 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik. Sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilmişdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir. Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək. Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir. CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik Son xəbərlər Bank xəbərləri “Rabitəbank” keçən il mikrokredit portfelini 30% böyüdüb 05/06/2026 Əsas məlumatlar Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır! 05/06/2026 Texnologiya xəbərləri “Anthropic” süni intellektin inkişafını yavaşlatmağa çağırıb 05/06/2026 Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026 Digər xəbərlər Bank xəbərləri “Rabitəbank” keçən il mikrokredit portfelini 30% böyüdüb 05/06/2026 Əsas məlumatlar Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır! 05/06/2026 Texnologiya xəbərləri “Anthropic” süni intellektin inkişafını yavaşlatmağa çağırıb 05/06/2026 Nəqliyyat Ən ucuzu 1000 manat: Nazirliklərin hərraca çıxarılan avtomobillərinin Siyahısı 05/06/2026