Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 Texnologiya xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ferrari və HP birgə hazırladıqları məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər. Engadget-in məlumatına görə, model HP Scuderia Ferrari AI adlanır. Noutbukun xarici dizaynı Ferrari tərəfindən hazırlanıb, texniki hissəyə isə HP cavabdeh olub. Qurğu Ferrari-nin korporativ Rosso Magma metalik qırmızı rəngində təqdim edilir. Alt hissə karbon və şüşədən hazırlanıb. “Mühərrik pəncərəsi” adlandırılan hissədən soyutma sistemini görmək mümkündür.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cihaz Ferrari avtomobillərinin salonlarında istifadə olunan eyni italyan dərisindən hazırlanan və Poltrona Frau tərəfindən istehsal edilən dəri çexolla birlikdə satılacaq. Noutbuk Intel Core Ultra X7 358H prosessoru, 64 GB operativ yaddaş, Intel Arc B390 videokartı və 1 TB SSD yaddaşla təchiz olunub. Portlar arasında USB-C Thunderbolt 4, USB-C, USB-A, HDMI və qulaqlıq çıxışı yer alır. Sensorlu OLED ekranın diaqonalı 14 düym, təsvir ölçüsü 3K, yenilənmə tezliyi isə 120 Hz təşkil edir. Satışlar ABŞ-də 12 iyun 2026-cı ildə başlayacaq. Ümumilikdə 4 999 ədəd noutbuk istehsal olunacaq və hər birinin qiyməti 5 599 dollar olacaq. Bundan əlavə, modelin Avstraliya, Fransa, Almaniya, İtaliya, Yaponiya, İspaniya, İsveçrə və Böyük Britaniyada da satışa çıxarılması planlaşdırılır. TaglarFerrariHP Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində 05/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonanın iqtisadiyyatı kiçilib 05/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində 05/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonanın iqtisadiyyatı kiçilib 05/06/2026