Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində Yerli biznes xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində (Caspian Oil & Gas 2026) Gold Sponsor statusunda iştirak edib. Tədbir 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib. BSC stendində beynəlxalq standartlara, o cümlədən API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar, potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə qeyd ediblər. ŞİRKƏT HAQQINDA “Baku Steel Company” QSC — Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli polad məhsullar — armatur, tikişsiz borular və ferroərintilər istehsal edir. BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur. Ətraflı məlumat: www.bakusteel.com TaglarBaku Steel CompanyCaspian Oil & Gas 2026metallurgiyaneft-qaz Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonanın iqtisadiyyatı kiçilib 05/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonanın iqtisadiyyatı kiçilib 05/06/2026