“Rabitəbank” keçən il mikrokredit portfelini 30% böyüdüb Bank xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Rabitəbank” ASC 2025-ci ildə fərdi sahibkarlara verdiyi mikrokredit portfelini illik müqayisədə 29.6% və ya 37.08 mln. manat artıraraq 162.55 mln. manata çatdırıb. Banker.az bankın audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mikro kreditlər bankın ümumi kredit portfelinin 17%-ni təşkil edib. Bir il əvvəl bu göstərici 15% olub. Portfelin keyfiyyətinə gəldikdə isə, 2025-ci ilin sonunda birinci mərhələdə (ödəmə problemi olmayan kreditlər) olan mikro kreditlərin həcmi 159.58 mln. manat olub ki, bu da ümumi mikro kredit portfelinin 98.2%-nə bərabərdir. 2024-cü ilin sonunda bu göstərici 98.4% təşkil edirdi. Problemli kreditləri əhatə edən üçüncü mərhələnin həcmi isə 1.54 mln. manatdan 2.45 mln. manata yüksəlib. Nəticədə bu kreditlərin portfeldə payı 1.23%-dən 1.50%-ə çatıb. Bu, mikro kredit portfelində risk səviyyəsinin müəyyən qədər artdığını göstərir. Mikro kreditlər üzrə ehtimal olunan kredit zərərləri üçün yaradılmış ehtiyatlar il ərzində 75.7% artaraq 2.43 mln. manatdan 4.27 mln. manata yüksəlib. Ehtiyatların portfelə nisbəti isə 1.94%-dən 2.63%-ə yüksəlib. İl ərzində mikro kreditlər üzrə 1.65 mln. manat yeni aktiv tanınıb. Eyni zamanda 623 min manat məbləğində problemli kredit silinib, əvvəllər silinmiş kreditlər üzrə isə 121 min manat bərpa olunub. Qeyd edək ki, 2025-ci ildə Rabitəbankın pərakəndə kredit portfeli illik müqayisədə 19.9% və ya 113.88 mln. manat artaraq 687.29 mln. manata çatıb. Artım əsasən nağd pul kreditləri (254.28 mln. manat), ipoteka kreditləri (185.37 mln. manat), mikro kreditlər (162.55 mln. manat) və lombard kreditləri (61.08 mln. manat) hesabına formalaşıb. Portfeldə ən böyük pay 37% ilə nağd pul kreditlərinə məxsus olub, onu 27% payla ipoteka kreditləri və 24% payla yuxarıda qeyd etdiyimiz mikro kreditlər izləyib. İstehlak kreditləri 18.83 mln. manata qədər azalsa da, kredit kartları portfeli 47.1% artaraq 5.08 mln. manata yüksəlib. TaglarRabitəbank Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində 05/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026 Yerli biznes xəbərləri Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində 05/06/2026