Dövlət agentliyinin gəlirləri artsa da, mənfəəti azalıb Energetika 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2025-ci ili 20.7 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 96.3% azdır. Ötən il qurumun mənfəəti 555.7 min manat olmuşdu. Banker.az audit hesabatına istinadən xəbər verir ki, mənfəətin kəskin azalması gəlirlərin 11.7% artaraq 15.74 mln. manata yüksəlməsinə baxmayaraq, işçi heyəti üzrə xərclərin 20.3% artaraq 14.12 mln. manata çatması fonunda baş verib. Hesabat dövrünün sonunda yığılmış zərərlər 1.49 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1.5% azdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin ümumi gəlirləri 2025-ci ildə 15.74 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 11.7% çoxdur. Ümumi xərclər isə 15.72 mln. manat səviyyəsində formalaşıb və illik müqayisədə 16.5% artıb. Əməliyyat gəlirləri də ümumi gəlirlərlə eyni olaraq 15.74 mln. manat təşkil edib. 2025-ci ilin sonuna Agentliyin cəmi aktivləri 29.79 mln. manata çatıb ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 77.6% çoxdur. Aktivlərin əsas hissəsini 23.48 mln. manat vəsaitlə pul vəsaitləri və onların ekvivalentləri təşkil edib. Hesabat dövrünün sonunda cəmi öhdəliklər 23.36 mln. manat olub ki, bu da illik müqayisədə 125.5% artım deməkdir. Artım əsasən uzunmüddətli gələcək dövrlərin öhdəliklərinin 19.44 mln. manata yüksəlməsi ilə bağlıdır. Cəmi kapital isə 6.44 mln. manat təşkil edib və ötən illə müqayisədə 0.7% azalıb. Nizamnamə kapitalı dəyişməyərək 7.91 mln. manat səviyyəsində qalıb. Qeyd edək ki, Energetika Nazirliyinin təsdiq etdiyi xərc smetasına əsasən, Agentliyin bank hesabına 2025-ci ildə 3.49 mln. manat vəsait daxil olub. Bu göstərici 2024-cü ildə 2.92 mln. manat təşkil edib. Hesabatda bildirilir ki, həmin vəsait Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin köçürmələri hesabına formalaşıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyi dövlət tənzimləmə qurumu olmaqla yanaşı, Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir TaglarEnerji Məsələlərini Tənzimləmə Agentliyi Son xəbərlər Sığorta xəbərləri İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub 05/06/2026 Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026 Digər xəbərlər Sığorta xəbərləri İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub 05/06/2026 Qeyri-bank kredit təşkilatları “Prior Kredit BOKT”un maliyyə vəziyyəti açıqlandı 05/06/2026 Sığorta xəbərləri “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır? 05/06/2026 Texnologiya xəbərləri Ferrari və HP məhdud sayda istehsal olunacaq oyun noutbukunu təqdim ediblər — Qiymət $5599 05/06/2026