Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? Sığorta xəbərləri 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Elektrik avtmobillərin ölkəmizə xüsusilə son vaxtlar intensiv daxil olması həm avtomobil parkının yenilənməsi, həm də avtonəqliyyat sığortası bazarlarının böyüməsi baxımından yüksək əhəmiyyətə malikdir. Məsələn, Azərbaycan Respublikası Mərkəzi Bankının ən son açıqladığı və 2026-cı ilin yanvar-mart aylarını əhatə edən sığorta icmalının nəticələrinə görə, hesabat dövründə könüllü avtomobil sığortası (Kasko) növü üzrə yığımlar 16,7 milyon manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon manat çoxdur. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, hesabat dövründə analoji böyümə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə də qeydə alınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Belə ki, cari ilin birinci rübündə avto-icbari sığorta növü üzrə toplanan sığorta haqları 40,7 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyon manat çoxdur. ASA-dan bildirilib ki, adı çəkilən sığorta növləri üzrə təmin olunmuş sığorta haqlarındakı artımı formalaşdıran səbəblərdən biri də ölkəyə yeni daxil olmuş elektromobillərlə bağlıdır”, – deyə məlumatda bildirilir. MənbəAZƏRTAC TaglarAzərbaycan Sığortaçılar Assosiasiyası (ASA)elektrik avtomobillərsığorta bazarı Son xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Ölkə daxili Azərbaycanda yeni komitə yaradıldı 05/06/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Ölkə daxili Azərbaycanda yeni komitə yaradıldı 05/06/2026