Laçında “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur Ölkə daxili 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Laçın şəhərində “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur. Bu barədə Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır. Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib. Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək. MənbəREPORT TaglarHüseyn QuliyevLaçın Son xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026