Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib Ölkə xarici 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Rusiya Prezidenti Vladimir Putin bu səhər Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunu qısaca nəzərdən keçirdiyini bildirib. Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Zelenskiyə “seçkiyə getməkdən qorxmamağı və hakimiyyəti qəsb etməməyi” tövsiyə edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Rusiya Prezidenti qeyd edib ki, Kiyev ABŞ-dan silah almaq istəyir, lakin Trampı qarant kimi istəmir. Putin Trampa Zelenskinin davranışları üzərində “çalışdığına” görə təşəkkür edib, amma “hələ görüləsi işlərin” olduğunu vurğulayıb. Putin bildirib ki, Zelenski bu yaxınlarda rusiyalı iş adamı vasitəsilə ondan görüş istəyib. O, Zelenski ilə görüşməkdən heç vaxt imtina etmədiyini, lakin boş yerə görüşə qarşı olduğunu qeyd edib. Rusiya Prezidenti hesab edir ki, Kiyev ancaq Rusiya ordusunun irəliləməsinin qarşısını almaq üçün liderlərin görüşünü istəyir. Putin diqqətə çatdırıb ki, Zelenskinin açıq məktubu “kobudluq elementləri” ilə yazılıb. O, bunun şəxsi görüşün mümkünlüyünü pozmaq cəhdi olduğuna əminliyini ifadə edib. Putin hazırda Zelenski ilə görüşməkdə məna görmədiyini deyib. Putin Zelenskinin açıq məktubuna cavab olaraq Rusiya hərbçilərinə “İşləyin, qardaşlar!” deyə xitab edib. MənbəAPA TaglarPutin-ZelenskiRusiya-Ukrayna Son xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026