Azərbaycanda yeni cərimələr müəyyənləşir Ölkə daxili 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 388-4-cü maddədə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihəyə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmçinin, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir. Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə ediləcək. Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir. MənbəAPA Taglarcəriməİnzibati Xətalar Məcəlləsi Son xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026