Azərbaycanda yeni komitə yaradıldı Ölkə daxili 05/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi qəbul edilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Konsepsiyada məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması ilə bağlı müəyyən edilmiş tapşırığa uyğun olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun 2026-cı il 26 may tarixli qərarı ilə “Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitəsi (AZSTAND/TK 57) təsis edilib. Yeni yaradılan Texniki Komitənin əsas fəaliyyət istiqamətlərinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan ISO və digər beynəlxalq standartların sistemli təhlili, dövlət standartları layihələrinin hazırlanması və peşəkar müzakirəsinin təşkili, onların aidiyyəti qurumlarla razılaşdırılması, qəbul edilmiş standartların dövlət reyestrinə və fonduna daxil edilməsi, habelə tətbiqini təmin edən metodiki sənədlərin işlənib hazırlanması daxildir. MənbəMODERN.AZ Taglar“Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki KomitəsiƏdliyyə Nazirliyi Son xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026 Digər xəbərlər Nəqliyyat Azərbaycanda cərimə balları artırıla bilər 05/06/2026 Ölkə daxili Milli Məclis Naxçıvanda idarəçilik modelini yeniləyir 05/06/2026 Karyera Prezident onları vəzifələrindən azad etdi – Sərəncam 05/06/2026 Sığorta xəbərləri Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir? 05/06/2026