Türkiyə “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb Texnologiya xəbərləri 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb. Araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək. Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir. “Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq tapşırılıb. Bu tələblərin yerinə yetirilməsi üçün şirkətə bir ay vaxt verilib. Əks halda “Meta” iri məbləğdə cərimə ilə üzləşə bilər. Ekspertlərin fikrincə, Türkiyənin Rəqabət Şurasının apardığı araşdırma rəqəmsal platformalarda istifadəçilərin seçim azadlığı baxımından mühüm əhəmiyyət kəsb edir. MənbəAZƏRTAC TaglarMetaTürkiyə Son xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026