“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq Valyuta 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır. Agentliyin məlumatına görə, bu göstərici ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117%-nə bərabər olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Fitch” bildirir ki, aktivlərin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır. Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq. Fitch əlavə edib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73%-nə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir. MənbəAPA TaglarAzərbaycanın strateji valyuta ehtiyatlarıFitch Ratings Son xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026