“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib Ümumi iqtisadi xəbərlər 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Sabit” saxlayıb. Agentlik qərarını Azərbaycanın güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu və Dövlət Neft Fondunun (ARDNF) iri həcmli aktivləri ilə əsaslandırıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in təxminən 21%-i səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Fitch həmçinin Azərbaycanın investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb. MənbəAPA TaglarAzərbaycanın suveren kredit reytinqiFitch Ratings Son xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026