“Instagram Plus” rəsmi olaraq istifadəyə verildi – Üstünlükləri Texnologiya xəbərləri 06/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Meta” şirkəti Instagram platforması üçün ödənişli “Instagram Plus” abunəliyini rəsmi olaraq qlobal miqyasda istifadəyə verib. Yeni xidmət istifadəçilərə həm məzmunlarını daha geniş auditoriyaya çatdırmaq, həm də paylaşımlar üzərində daha çox nəzarət əldə etmək imkanı təqdim edir. Instagram Plus-un əsas üstünlükləri hekayələr ilə bağlı funksiyalarda özünü göstərir. “Story Spotlight” funksiyası istifadəçinin profilini dostlarının qarşısına daha tez çıxararaq görünürlüğünü artırır. “Story Extend” isə normalda 24 saat görünən hekayələrin 48 saat ərzində aktiv qalmasını təmin edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Abunəçilər həmçinin müxtəlif auditoriya siyahıları yarada və hər hekayənin hansı izləyici qrupuna göstəriləcəyini seçə biləcəklər. Bundan əlavə, istifadəçilər hekayələrini paylaşmazdan hekayələrinin neçə dəfə yenidən izlənildiyini görə və hekayəyə baxan şəxslər arasında axtarış aparmaq imkanına sahib olacaqlar. Meta yeni abunəlik çərçivəsində paylaşımların idarə edilməsini də genişləndirib. İstifadəçilər artıq müəyyən paylaşımları əsas lentdə (Feed) göstərmədən birbaşa profil və ya “Highlights” bölməsində dərc edə biləcəklər. “Instagram Plus” fərdiləşdirmə sahəsində də əlavə seçimlər təqdim edir. Abunəçilər fərqli tətbiq ikonları seçə, bio hissəsində istifadə olunan şriftləri dəyişə, profilin yuxarı hissəsində altı elementi sabitləyə və dostlarının hekayələrinə animasiyalı “Super Heart” reaksiyaları göndərə biləcəklər. MənbəMODERN.AZ TaglarInstagram PlusMeta Son xəbərlər Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026 Digər xəbərlər Digər xəbərlər Azərbaycanda ilk: Ağıllı su idarəetmə sistemi istifadəyə verildi 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycan makroiqtisadi disbalansların toplanmasının qarşısını ala bilər 06/06/2026 Ümumi iqtisadi xəbərlər “Fitch”: Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyədə qalacaq 06/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 06/06/2026